Belarus 2-ci liqasında matç 50-0 hesabı ilə yekunlaşıb

Belasur 2-ci liqasında keçirilən matçda qeyri-adi hesab qeydə alınıb.

Sportline.az xəbər verir ki, "Miori" və "Rossoni" komandaları arasında keçirilən futbol matçı 50-0 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

"Miori" futbolçuları hər hissədə 25 qol vurublar. Bu nəticə ilə  Belarus futbol tarixinin ən böyük hesablı qələbəsi qeydə alınıb.

Qeyd edək ki, “Miori” klubu Vitebsk vilayətində 10 komandadan ibarət qrupda çıxış edir. Komandanın 18 oyunda  sonra 46 xalı var.