Belçika kubokunun qalibi müəyyənləşib
Belçika kubokunda 2023/2024 mövsümünün qalibi bilinib.
Sportline.az xəbər verir ki, kubokun finalın "Yunion SG" "Antverp"i 1-0 hesabı ilə məğlub edərək mükafatın sahibi olub.
Görüşdə yeganə qolu 45+1-ci dəqiqədə Koki Maçida vurub.
Qeyd edək ki, bu nəticə ilə "Yunion SG "tarixində 3-cü dəfə Belçika kubokunun sahibi olub.