Benzema müalicə üçün Madridə gedib

"Əl İttihad"da çıxış edən Kərim Benzema müalicə üçün İspaniyaya yollanıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, fransalı hücumçu "Real Madrid"in Valdebebas təlim-məşq kompleksində müalicə alacaq.

"Əl İttihad" Benzemanın yoxluğunda çıxdığı son 2 oyundan məğlub ayrılıb.

38 yaşlı hücumçu bu mövsüm komandası ilə çıxdığı 33 oyunda 16 qol vurub.

Qeyd edək ki, Kərim Benzema 2022-ci ildən "Real Madrid"də göstərdiyi performansa Qızıl Top mükafatının sahibi olmuşdu.