Bonuççi yenidən "Yuve"də, İquain "Milan"da

Leonardo Bonuççinin "Yuventus"a, Qonzalo İquainin isə "Milan"a keçidi rəsmiləşib. 

SportLine.az xəbər verir ki, ötən mövsümün əvvəlində "rossoneri" ilə razılığa gələn Bonuççi köhnə komandasına qayıdıb. Müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Əvəzində, "Milan" Turin təmsilçisindən Mattia Kaldaranı heyətinə cəlb edib. Onunla da 5 illik razılıq əldə olunub. 

"Milan" klubu, həmçinin, Qonzalo İquainin keçidini rəsmiləşdirib. Argentina millisinin üzvü qarşıdakı mövsüm icarə əsasında "qırmızı-qaralar"ın şərəfini qoruyacaq. Bu razılaşmadan "Yuventus" 18 milyon avro qazanacaq.