"Braqa" - "Qarabağ" görüşünün hakimləri açıqlandı

Avropa Liqasının pley-off mərhələsinin “Braqa” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, UEFA Portuqaliyadakı görüşü Danimarkadan olan briqadaya həvalə edib.

Qarşılaşmanı Morten Kroq idarə edəcək. Ona Vollenberq Rasmussen və Steffen Bramsen köməklik göstərəcəklər. Mikkel Redder dördüncü hakim funksiyasını icra edəcək.

Niderlandlı Rob Dieperink VAR hakimi olacaqsa, ona danimarkalı Yonas Hansen kömək edəcək.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” dueli Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.