"Braqa" "Qarabağ"a qarşı bu heyətlə oynayacaq

“Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunların heyətini açıqlayıb.

Sportline.az xəbər verir ki, Portuqaliya təmsilçisi iştirak ərizəsini UEFA-ya göndərib.

Baş məşqçi Artur Jorje ümumilikdə 36 oyunçunun xidmətindən yararlanacaq. 

Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa, 31. Bernardo Fontes, 91. Lukas Qorniçek
Müdafiəçilər: 2. Viktor Qomes,4. Sikou Niakate, 5. Sərdar Saatçı, 6. Joze Fonte, 15. Paulo Oliveyra, 17. Yosafat Mendes, 19. Adrian Marin, 26. Kristian Borxa, 55. Çissumba, 58. Migel Vilela, 62. Nuno Matoş, 76. Tomaş Markes
Yarımmüdafiəçilər: 8. Əl Musrati, 10. Çer Ndur, 16. Rodriqo Zalazar, 18. Vitor Karvalyo, 22. Pitsi, 28. Joao Moutinyo, 50. Dieqo Rodriges, 66. Vasko Moreyra, 80. Joao Qonçalves, 90. Cibril Sumare
Hücumçular: 7. Bruma, 9. Abel Ruiz, 11. Roje Fernandes, 14. Alvaro Calo, 20. Roni Lopes, 21. Rikardo Horta, 23. Simon Banza, 59. Yan Said, 97. Joze Rodriges, 99. Kauan Kelvin
Baş məşqçi: Artur Jorje

Qeyd edək ki, “Qarabağ”la “Braqa”nın qarşılaşmaları fevralın 15-i və 22-də keçiriləcək.