“Braqa”nın baş məşqçisi: "Bakıya mərhələ adlamaq üçün gələcəyik"

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan “Braqa”nın çalışdırıcısı Artur Jorje “Farense” ilə oyundan (2-1) sonra mətbuata açıqlamalar verib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis "Qarabağ"la oyun haqqında “İlk oyunda məğlub olmağımıza baxmayaraq son dəqiqəyə qədər mübarizə aparacağıq. Bütün diqqətimiz “Qarabağ”la görüşdədir. Məqsədimiz mərhələ adlamaqdır”, -deyib. 

Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Braqa"ya 4-2 hesabı ilə qalib gəlmişdi.

Cavab matçı fevralın 22-də Bakıda olacaq.