Braziliyalı hücumçu "Turan Tovuz"da

"Turan Tovuz" növbəti transferini həyata keçirib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi  Luis Henrike Paçu Liranı transfer edib.

27 yaşlı braziliyalı futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb. 

Son mövsümü Portuqaliya “Trofense”sində keçirən hücumçu karyerası ərzində Braziliyanın “Botafoqo”, “Santa Kruz”, “Boavişta”, “Lemense”, “Sianorte” klublarının formasını geyinib.

Xatırladaq ki, "Turan Tovuz" bundan əvvəl Aydın Bayramov, Fərid Nəbiyev, Sərtan Taşkın, Martin Detelinov Petkov, Bruno Qonçalves, Paçu Lira, Otto Conu transfer edib.