"Çelsi" "Brayton"un nazı ilə oynamaq istəmir

"Çelsi" "Brayton"un Moises Kaisedo ilə bağlı tələbini yerinə yetirmək niyyətində deyil.

Sportline.az xəbər verir ki, "mavilər" sərt davranmaq və yarımmüdafiəçi üçün tələb olunan minimum 100 milyon funt-sterlinqi ödəməkdən imtina etmək niyyətindədirlər.

"Çelsi" rəhbərliyi ümid edir ki, 80 milyon kifayət edəcək.