Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finalda

Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal” və “Portu” klubları arasında cavab oyunu başa çatıb.

Sportline.az xəbər verir ki, görüş Londondakı “Emirates-Ashburton Grove” stadionunda baş tutub.

Oyunu fransalı Klement Turpinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Matçın əsas vaxtında “Arsenal” “Portu”ya 1:0 hesabı ilə qalib gəlib. 41-ci dəqiqədə belçikalı vinger Leandro Trossard fərqlənib. Beləliklə, iki oyunun yekununa əsasən ümumi hesab bərabərləşib - 1:1.

Əlavə vaxtda qol vurulmayıb. "Arsenal"ın futbolçuları penalti seriyasında daha güclü olublar - 4:2.

Xatırladaq ki, 1/8 final mərhələsinin ilk oyununda “Portu” doğma meydanda “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu braziliyalı yarımmüdafiəçi Venderson Qaleno vurub.

Qeyd edək ki, daha əvvəl “Barselona” İspaniyada “Napoli”ni məğlub edərək 1/4 finala yüksəlib.