Çempionlar Liqası: PSJ "Borussiya"ya qarşı

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürür.

Sportline.az xəbər verir ki, bu gün keçiriləcək görüşdə PSJ Dortmund “Borussiya”sını qəbul edəcək.

Gərgin və maraqlı mübarizə vəd edən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
Paris, “Park De Prens”
İlk oyun – 0:1