Çempionluğa oynayan komanda meydana çıxmayacaq
Türkiyə futbolunda növbəti qalmaqallı hadisə yaşanıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, TFF 2-ci liqasında ikinci sırada yer alan "Vanspor" klubu "Bursaspor" ilə matça çıxmayacaqlarını açıqlayıb.
Buna səbəb "Serikspor"un 1-ci sırada qərarlaşan "Esenler Erokspor"la matçda U-19 komandası ilə çıxmaq istəməsi göstərilir.
"Erokspor" 35 həftəsi geridə qalan liqada 80 xalla liderdir. İkinci sıradakı "Vanspor"un isə 78 xalı var.
Qeyd edək ki, sona çatmasına 3 həftə qalan TTF 2-ci liqada yalnız birinci pilləni tutan komanda birbaşa olaraq Türkiyə 1-ci liqasına vəsiqə qazanacaq.