ÇL: "Atletiko" və "İnter"in düşərgəsindəki son durum

Bu gecə UEFA Çempionlar Liqasında son 1/4 finalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, gecənin daha böyük maraqla gözlənilən oyununda “Atletiko” doğma meydanda “İnter” ilə münasibətləri aydınlaşdıracaq. İlk oyunda 0-1 hesabı ilə məğlub olan Sieqo Simeonenin komandasında 4 itki var. Xose Maria Ximenez, Toma Lemar, Vitolo və Aspilikueta zədə səbəbindən komandasına kömək edə bilməyəcək. “İnter”də də 4 itki nəzərə çarpır. Bunlar zədə səbəbindən oyunu buraxacaq Arnautoviç, Karlos Auqusto, Kuadrado və Stefano Sensidir.

Qeyd edək ki, ilk görüşü nəzərə almasaq tərəflər son dəfə 2010-cu ildə UEFA Super Kubokunda qarşılaşıblar. Həmin oyunda “Atletiko” rəqibini 2-0 hesabı ilə məğlub edərək kubokun sahibi olmuşdu.

Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.