ÇL: "Real" "Leypsiq" qarşısına itkilələrlə çıxacaq

UEFA Çempionlar Liqasında həyəcan qaldığı yerdən davam edəcək.

Sportline.az xəbər verir ki, bu gecə keçiriləcək oyunlarla 1/8 final mərhələsində mübarizə başlanır.

Qrup mərhələsini çətinliklə adlayan "Kopenhagen" doğma meydanda "Mançester Siti" ilə üz-üzə gələcək. Görüşün favoriti qonaqlar sayılsalar da "Kopenhagen"ə də güvənənlərin sayı az deyil. Amma meydan sahiblərindən Boilsen, Koçolava, Leraqer və Sanderin zədəli olması Cakob Nestropun işini çətinləşdirə bilər. Qonaqlarda isə itkilər yoxdur. 

"Leypsiq" "Real Madrid" görüşündə də komandalar meydana itkilərlə çıxacaqlar. Meydan sahiblərindən Haidara zədə üzündən komandasına kömək edə bilməyəcək. Qonaqlardan isə Alaba, Bellingem, Kurtua, Militao və Rudiger görüşü buraxmalı olacaq.

Hər 2 oyun Bakı vaxtı ilə gecə yarısı başlanacaq.