DÇ: Olimpiya mükafatçımız mübarizəyə qoşulur

Bakıda Taekvondo üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün millimizin daha 3 üzvü dayanq üzərinə çıxacaq.

80 kq çəkidə mübarizə aparan Əliəskər Əliyev 1/16 finalda Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün güclüsü ilə qarşılaşacaq.

Millimizin 87 kq-dakı üzvü Taleh Süleymanov 1/16 finalda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində olimpiya mükafatçımız Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) duelinin güclüsü ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.