Eik Ten Haqın yerinə namizədlər müəyyənləşdi

“Mançester Yunayted”dən ayrılmaq ehtimalı olan hollandiyalı mütəxəssis Erik Ten Haqı əvəz edə biləcək məşqçilərin adı açıqlanıb.

Sportline.az ESPN-ə istinadla xəbər verir ki, Ten Haqın istefaya gedəcəyi təqdirdə onlardan biri komandaya rəhbərlik edə bilər.

1.Roberto De Zerbi (“Brayton”)
2.Tomas Frank (“Brendford”)
3.Qaret Sautqeyt (İngiltərə milli komandası)

Qeyd edək ki, Erik Ten  Haq 2022-ci ilin iyul ayından komandada çalışır.

Onun rəhbərliyi altında 100 oyuna çıxan “qırmızı şeytanlar” bu görüşlərdən 61 qələbə, 11 heç-heçə, 28 məğlubiyyət ilə ayrılıblar.