"Fənərbağça" futbolçuları İsmail Kartaldan şikayət ediblər

"Fənərbağça" futbolçuları İsmail Kartalı şikayət ediblər.

Sportline.az xəbər verir ki, "Fənərbağça" klubunun ulduz futbolçularından Fred və Tadiç baş məşqçini klub rəsmilərinə şikayət edib.

Belə ki, ulduz futbolçular İsmail Kartalın görüşlərdə yalnış qərar verdiyini və lazım olmayan vaxtda oyundan alındıqlarını dilə gətiriblər.

Qeyd edək ki, Fred son görüşdən sonra klub rəsmilərinə növbəti dəfə də eyni hərəkət yaşanarsa komandadan ayrılacağını bildirib.