"Fənərbağça"ya qalib gəlmək üçün yormalı idik"

"Olimpiakos" klubunun baş məşqçisi "Fənərbağça" ilə görüşü şərh edib.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəsis Xose Luis Mendilibar bu barədə oyun sonrası mətbuat konfransıda danışıb.

O, açıqlamasında :"Fənərbağça" kimi güclü klubları məğlub etmək üçün güclü analizə ehtiyacınız olur. Qəbul edirəm erkən vurulan qol bizi bir az tədirgin etdi.Amma önəmli olan odur ki, biz rəqibə topu verərək yorulmalarına səbəb olduq və sonda turu biz adladıq",-deyib.

Qeyd edək ki, "Fənərbağça" -"Olimpiakos" görüşündə meydan sahibləri 1-0 hesablı qələbə qazansalar da ümumi qol sayında bərabərlik olduğundan əlavə vaxta ehtiyac duyulub. Buarada da hesab dəyişmədiyindən penalti atışlarında qalibin adına aydınlıq gətirilib. Daha inamlı təsir bağışlayan qonaqlar isə növbəti mərhələyə vəsiqəni təmin ediblər.