FİFA-da çalışan baş nəzarətçi məhşur aşpaz Nüsrətə görə işdən çıxarılıb

FİFA-da nəzarətçi kimi çalışan türkiyəli Ersan Gökay məhşur aşpaz Nüsrətə görə işindən olub.

Sporline.az Ajansspor.com-a istinadla xəbər verir ki, 2022-ci ildə keçirilən Dünya Çempionatının finalından sonra Nüsrət Ersan Gökay vasitəsi ilə meydana daxil olaraq oyunçularla və kubokla şəkil çəkdirmişdi.

Xəbərdə bildirilik ki, həmin vaxt meydanda baş nəzarətçi vəzifəsində çalışan Ersan Gökaya bu hasisə baha başa gəlib.

O, ötən günlərdə FİFA tərəfindən işindən azad olunub.

Qeyd edək ki, sözügedən final qarşılaşmasında Argentina Fransanı penaltilər seriyasında məğlub edərək kubokun sahibi olmuşdu.