Frattesi "İnter"də

Davide Frattesi "Sassuolo"dan "İnter"ə keçidini tamamlayıb.

Sportline.az xəbər verir ki, milanlılar yarımmüdafiəçini icarəyə götürdüyünü açıqlayıb. Onlardan mövsümün sonunda futbolçunu almaq tələb olunacaq.

Daha əvvəl "Sassuolo"nun bu transfer nəticəsində 26-27 milyon avro alacağı bildirilirdi .

2022/23 mövsümündə A Seriyasında Frattesi 36 oyuna çıxıb və 7 qol vurub.