“Göztəpə” prezinetdindən iddialı açıqlamalar

Super Liqaya yüksələn ‘Göztəpə”nin prezidenti iddialı açıqlamalarla gündəmə gəlib.

Sportline.az xəbər verir ki, İzmir klubunun prezindenti Rasmus Ankersen liqada qalıcı olacaqlarını bildirib.

Ankersen Beinsports.com-a verdiyi müsahibədə “İzmir və Göztəpə Super Liqada olmağa laiqdir. Biz İndi həqiqətən buna görə çox sevincliyik. Dünən çox xüsusi bir atmosfer var idi. Bu stadion həmişə belə gözəl anlara ev sahibliyi edir və biz bu uğuru klubumuza qazandırmaqdan çox xoşbəxtik” fikirlərini səsləndirib.

Qeyd edək ki, “Göztəpə” Türkiyə 1-ci liqasının 32-ci turunun  oyununda “Gənclərbirliyi”ni 2-0 hesabı ilə məğlub edərək mövsümün sonuna 2 həftə qalmış Super Liqaya vəsiqəni təmin edib.