"Hall Siti"də baş məşqçi postuna ilk namizəd bilinib

Liam Roseniorla yollarını ayıran "Hall Siti" baş məşqçi postuna almaniyalı Tim Uolteri gətimək istəyir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Çempionşipdə mövsümü 7-ci sırada tamamlayan "Hall Siti" növbəti mövsüm Premyer Liqaya qalxmağı hədəfləyir.

Acun Ilıcalının sahibi olduğu klub baş məşqçi postuna son olaraq "Hamburq" da çalışdıran Tim Uolteri gətirməyi planlayır.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha əvvəl "Bavariya"nın əvəzedici komandasını, "Holştein Kiel" və "Ştutqart"ı çalışdırıb.