Həvəskar futbolçu Uruqvay milli komandasına dəvət alıb

Uruqvay milli komandasının baş məşqçisi Marselo Bielsa həvəskər liqada çıxış edən futbolçunu milliyə dəvət edib.

Sportline.az "SPORTbible"yə istinadla xəbər verir ki, həvəskar liqada "Juventud De Soriano" komandasında çıxış edən Uolter Dominqez Uruqvay milli komandasına çağırılıb.

Dominqez bu mövsüm komandası ilə çıxdığı 39 oyunda 57 qol vurub.

Qeyd edək ki, belə bir hadisə Uruqvay futbol tarixində ilk dəfə yaşanır.