Holand mükafata namizədlər sırasında

İngiltərə Premyer Liqasında ən yaxşı gənc futbolçu nominasiyası üçün namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, onların arasında Erlinq Holand da var.

"Mançester Siti"nin hücumçusu ilə yanaşı, Fil Foden, Aleksander İsak, Kobbi Maynu, Koul Palmer, Bukayo Saka, Uilyam Saliba və Destini Udodji də bu ad uğrunda mübarizə aparacaq.

Qalib mütəxəssislər və azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.