İdman TV-nin redaktoru bu federasiyanın mətbuat katibi oldu

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat gerçəkləşib.

Sportline.az xəbər verir ki, "İdman TV" telekanalında redaktor vəzifəsində çalışan Sərxan İbrahimoğlu federasiyanın mətbuat xidmətinin rəhbəri təyin olunub.

Qeyd edək ki, Sərxan İbrahimoğlu hazırda "Zirə"nin şərəfini qoruyan Ruslan Abışovun qardaşıdır.