“İnter” 100 min azarkeşlə çempionluğu qeyd edib

İtaliya A Seriyasında çempionluğu təmin edən “İnter” Milanda azarkeşləri ilə möhtəşəm bayram keçirib.

Sportline.az xəbər verir ki, ötən həftə “Milan”ı məğlub edərək çempionluğunu elan edən İnter dünən çempionatın 34-cü turunda oynanan “Torino” matçından sonra çempionluq turu təşkil edib.

“Torino”nu Hakan Çalhanoğlunun vuruduğu qollarla məğlub edən “İnter” oyundan sonra avtobusla şəhər turuna çıxıb.

İtaliya mətbuatının xəbərinə görə , 100 min insanın iştirak etdiyi  şənlikdə “İnter” futbolçuları və azarkeşləri çempionluğu coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, “İnter”in çempionluq kukokunu Seria A-nın 37-ci turunda keçiriləcək “Latsio” ilə oyundan sonra alması nəzərdə tutulub.