"İnter"in futbolçusu İngiltərədə

"İnter"in futbolçusu Stefano Sensi karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Lester" klubu onun xidmətində maraqlıdır.

Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə ingiltərəlilər 28 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətə qatmağı planlaşdırırlar.

Qeyd edək ki, Sensi 2019-cu ildən Milan "İnter"inin şərəfini qoruyur. 

Onun təxmini transfer qiyməti 4 milyon avrodur.