İspaniyadan "Fənərbağça"ya bəd xəbər

"Qalatasaray"la çempionluq mübarizəsində işləri qaydasında getməyən "Fənərbağça" heyətlə bağlı qayğılarla da yüklənib.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi komandanın aparıcı üzvlərindən sayılan Çağlar Söyüncünü itirə bilər.

"Atletiko"dan icarəyə götürülən mərkəz müdafiəçisinin gələn mövsüm Madridə dönüşü gözlənilir.

Mənbənin məlumatına görə, madridlilərin baş məşqçisi Dieqo Simeone Çağları gələn mövsümün heyətində görmək istədiyini bildirib. 

Futbolçunu transfer etmək istəyən "Fənərbağça"ya qarşı tərəfdən 12 milyon avro cavabı gəlib ki, istanbullular da bu rəqəmin yüksək olduğunu deyiblər.