"Klub Brügge" - "Fiorentina": Heyətlərdə son durum

UEFA Konfrans Liqasında yarımfinalın ilk cavab oyununda "Klub Brugge" doğma meydanda "Fiorentina" ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, Belçika təmsilçisinin 4 futbolçusu bu oyunu buraxacaq. Bunlar Dedrik Boyata, Byorn Meyer, Onyedika və Nordin Ceykersdir.

Qonaqlarda isə yeganə itki Rikardo Sottildir.

Türkiyəli hakim Halil Umut Melerin idarə edəcəyi görüş saat 20:45-də start götürəcək.

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk oyun 3-2 hesabı ilə florensiyalıların xeyrinə yekunlaşmışdı.