Kurtua 335 gün sonra yaşıl meydanlara geri döndü

"Real Madrid"in 1 ilə yaxındır zədəli olan qapıçısı Kurtua meydanlara geri qayıdıb.

Sportline.az xəbər verir ki, belçikalı qolkiper "Real Madrid"in bugün "Kadiz"ə qarşı keçirəcəyi matçda start heyətdə yer alacaq.

La Liqanın 34-cü tur çərçivəsində baş tutacaq "Real Madrid" - "Kadiz" oyunu saat 18:15-də start götürəcək.

Xatırladaq ki, Tibo Kurtua sonuncu dəfə 2023-cü ildə keçirilən "Yuventus"-"Real Madrid" yoldaşlıq oyununda meydanda olmuşdu.