LÇ: Final matçının topu təqdim olundu

UEFA Çempionlar Liqasının pley-off və final görüşlərinin rəsmi topunu təqdim edib.

Sportline.az xəbər verir ki, həlledici qolların vurulacağı top "adidas UCL Pro Ball London" adlandırılıb.

Yeni topun xüsusiyyətlərindən biri yaxşı idarə olunmasıdır. Bu amil futbolçulara əlavə üstünlüklər yaradacaq.

Bu haqda UEFA-nın rəsmi saytında yayılan məlumatda bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun "Uembli" arenasında keçiriləcək.