"Lester Siti" çempionluq şənliyində keçmiş prezidentini unutmadı

Çempionşipdə 2023/2024 mövsümünü çempion başa vuran "Lester Siti" çempionluq şənliyində klubun keçmiş sahibi Vichai Srivaddhanaprabhunu yad edib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, "Lester Siti"nin oyunçuları klubun mərhum sahibi Vichai Srivaddhanaprabhunun portretini özləri ilə birlikdə çempionat paradına aparıblar.

Tailandlı milyarder 2018-ci ildə klubun stadionu yaxınlığında helikopter qəzasında həlak olub. Onun oğlu Aiyavatt Şrivvadanaprabha komandanın işlərini idarə etməyə davam edir.

"Lester Siti" Çempionşipdə 2023/2024 mövsümünü 97 xalla lider tamamlayaraq Premyer Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, "tülkülər" 2015/2016 mövsümündə Premyer Liqanın qalibi olublar.