Lukaku üçün məbləğ açıqlandı

"İnter" Romelu Lukakunun transferi üçün yeni təklif hazırlayır.

"Çelsi" daha əvvəl İtaliya klubunun hücumçunu 25 milyon avroya transfer etmək təklifini rədd etmişdi. 

İndi "neradzurrilər" 30-35 milyon avroluq təklif hazırlayır. Qeyd olunur ki, milanlılar futbolçunun agenti ilə daim əlaqə saxlayır, lakin belçikalının özü də alqı-satqıda iştirak etməlidir. 

Lukaku ilə "Juventus" da maraqlanır.