Marko Roys MLS-ə yollanır
Dortmund "Borussiya"sının futbolçusu Marko Roys karyerası ilə bağlı qərara gəlib.
Sportline.az xəbər verir ki, mövsümün sonunda "Borussiya" ilə vidalaşmağa hazırlaşan yarımmüdafiəçi okeanın o tayına yollanmaq niyyətindədir.
Təcrübəli futbolçunun MLS klublarında biri ilə anlaşdığı bildirilir.
Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb..
Qeyd edək ki, 34 yaşlı Roys 2012-ci ildən Dortmund klubunun şərəfini qoruyur.
Cari mövsümdə 39 oyuna çıxan Marko 8 qol, 9 asist müəllifidir.
Onun transfer dəyəri 7 milyon avro kimi göstərilir.