Mbappe arzusunu dilə gətirdi

Fransa millisi və PSJ-nin hücumçusu Kilian Mbappe Paris Olimpiadasında iştirak etmək arzusunu dilə gətirib.

Sportline.az xəbər verir ki, o, sözügedən yarışın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

"Parisdəki olimpiadanın mənim üçün xüsusi önəmi var. Həmişə demişəm ki, o yarışda iştirak etmək istəyirəm. Amma, bu, məndən asılı deyil. Qərarı baş məşqçi qəbul edəcək", - deyə Mabappe "Eurosport"a açıqlamasında bildirib.

Qeyd edək ki, Fransanın gəclər millisinin çalışdırıcısı Tyeri Anri olimpiadada Mbappe, Qrizmann və Jirunun xidmətinə ehtiyac duyduğunu açıqlamışdı.