Mbappe İngiltərə nəhəngindən imtina edib

PSJ ilə yolları ayrılacaq Kilian Mbappeni sıralarında görmək istəyənlərdən biri də "Liverpul"dur.

Sportline.az xəbər verir ki, fransalı hücumçu mersisaydlılardan gələn təklifi müsbət dəyərləndirməyib.

Bu haqda "Caught Offside" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, əslində Kilian əvvəlcə bu tıklifə isti yanaşıb.

Amma Yurgen Klopun gedişi ilə bağlı xəbərdən sonra fikrini qətiləşdirib.

Qeyd edək ki, Mbappeni heyətinə qatmağa ən real namizəd Madrid "Real"ıdır.

Onun mövsümün sonunda İspaniya təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.