Mbappe PSJ-yə 150 milyon avro qazandıra bilər

Bu yay "Real"a transferi gözlənilən Kilian Mbappe yeni klubuna azad agent kimi keçəcək.

Bu isə, PSJ-nin ulduz futbolçuya görə qazanc əldə etməyəcəyi anlamına gəlirdi.

Sportline.az xəbər verir ki, parislilər bunun əksini düşünürlər.

AS nəşrində yayılan xəbərdə onların Mbappedən alacağı bonusun bir hissəsini gözləyirlər. 

Bu məbləğin 150 milyon avro olacağı bildirilir.

Qeyd edək ki, 25 yaşlı ulduz futbolçunun iyulun 1-də "Real"a keçəcəyi gündəmdədir.