Məşhur futbolçu "Barselona"dan təklif gözləyir

Almaniya millisi və "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix karyerasını İspaniyada davam etdirmək istəyir.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu "Barselona"da çıxış etmək arzusundadır.

Bu haqda jurnalist Ferran Korreas sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, Kimmix kataloniyalılardan təklif gözləyir. 

O, Xavinin rəhbərliyi altında çıxış etmək istədiyini bildirib.

Qey edək ki, Kimmixin münhenlilərlə 2025-ci ilədək müqaviləsi var. 

Transfermarkt portalında onun dəyəri 60 milyon avro kimi göstərilir.