Murad Musayevin "Krasnodar"ı çempionluq yolunda vacib oyuna çıxır

Rusiya Premyer Liqasında sona 4 həftə qalmış çempionluq uğrunda gərgin mübarizə davam edir.

Sportline.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı "Krasnodar" Premyer Liqanın 27-ci həftəsində "Axmat Qroznı" ilə qarşılaşacaq.

RPL-də 26 turdan sonra turnir cədvəli 50 xalla "Zenit" başçılıq edir. "Krasnodar" eyni xalla ikincidir. Üçüncü sıradakı "Dinamo"nun isə 47 xalı var.

Krasnodarda keçiriləcək matçın start fiti bugün saat 20:30-da səslənəcək.

Qeyd edək ki, Rusiya Premyer Liqasında mövsümün sonunda 1-ci və 2-ci pillələrin  xalları eyni olarsa, o zaman həmin komandaların öz aralarında keçirilən matçlar nəzərə alınacaq.