Murad Musayevin "Krasnodar"ı liderlik fürsətini əldən verdi

Murad Musayevin  rəhhbərlik etdiyi "Krasnodar" RPL-in 26-cı həftəsində ciddi xal itkisi yaşayıb.

Sportline.az xəbər verir ki, "Zenit"in xal itirdiyi həftədə "Krılya Sovetov"a qonaq olan "Krasnodar" komandası 0-0 hesablı bərabərliyə razılaşıb.
Matçın 8-ci dəqiqəsində "Krasnodar" hesabı açsa da, qol VAR-a baxıldıqdan sonra qayda pozuntusuna görə ləvğ edilib.

64-cü dəqiqədə Serqey Volkuvun qırmızı vərəqə almasından sonra qonaqlar oyunu 10 nəfərlə tamamlayıblar.

Qeyd edək ki, Rusiya Premyer Liqasına 26 turdan sonra 50 xalla "Zenit" başçılıq edir. İkinci sıradakı "Krasnodar"ın da 50 xalı var. İlk üçlüyü 47 xalla "Dinamo" qapıyır.