Musa oynadı, "Yurqorden" qələbə qazandı

Millimizin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında növbəti görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, Musa və komanda yoldaşları 6-cı turda QAİS-lə qarşılaşıblar. 

Görüş "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Futbolçumuz görüşün 80-cı dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Yurqorden" 10 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.