"Napoli"də yeni müqavilə

"Napoli" Matteo Palitano ilə yola davam etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, neapollular onunla yeni müqavilə imzalamağa hazırlaşırlar.

Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə Politanoya mövsümə 3 milyon avro dəyərində 3 illik anlaşma təklif olunub.

Qeyd edək ki, 2020-ci ildən "Napoli"nin formasını geyinən Matteonun hazırkı müqaviləsi 2025-ci ilin iyununadəkdir.