“Napoli” argentinalı futbolçunu heyətinə qatmaq istəyir

Yarımmüdafiçi axtarışında olan “Napoli”də diqqətlər İspaniyaya yönəlib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, “Napoli” “Real Betis”də çıxış edən argentinalı yarımmüdafiəçi Quido Rodriqezlə maraqlanır.

Quido Rodriqez bu mövsüm “Betisl”ə çıxdığı 19 oyunda 2 qol vurub.Onun, klubla olan müqaviləsi mövsümün sonu başa çatacaq.

Qeyd edək ki, “Napoli” İtaliya A Seriyasında keçirdiyi 32 oyundan sonra 8-ci yerdə qərarlaşır.