"Napoli" futbolçuları "həbs olundular"

"Napoli"nin uğursuzluq zolağından çıxa bilməməsi klub rəhbərliyini radikal addımlara sövq edib.

Sportline.az "Tuttomercatoweb"ə istinadla xəbər verir ki, klubun prezidenti Aurelio De Laurentis futbolçuların növbəti oyunadək oteldə qalacaqlarını bildirib.

Son nəticələrdən sonra "səbr kasası daşan" Laurentis bu addımla oyunçuları cəzalandırmaq qərarına gəlib.

Qeyd edək ki, "Napoli" yanvarın 13-də "Salernitana" ilə qarşılaşacaq.

Son 5 turda yalnız 1 qələbə qazanan neapollular digər oyunlarda 1 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıblar.

Aktivində 28 xalı olan "Napoli" 9-cu pillədə qərarlaşıb.