NBA-də ¼ finala yüksələn ilk komanda müəyyənləşib

Pley-off oyunları davam edən NBA-də ¼ finalın ilk iştirakçısı məlum olub.

Sportline.az xəbər verir ki, bu gün keçirilən görüşdə “Finiks Sans”ı 122-116 hesabı ilə məğlub edən “Minnesota Timbervulz” seriyada hesabı 4-0 edərək ¼ finala yüksələn ilk komanda olub.

Matçın ən məhsuldar oyunçusu 49 xal, 5 ribaund, 6 asistlə “Finiks”dən Deyvin Buker olub.

Qeyd edək ki, “Minnesota” ¼ finalda “Denver Naqets” – “Los - Anceles Leykers” cütünün qalibi ilə qarşılaşacaq.