"Neftçi"nin fərqli bacarığı

“Neftçi” klubu mövsümün ikinci yarısına hazırlığı davam etdirir.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" Antalyada gündə 2 məşq keçir.

Komandanın bugünkü səhər məşqində futbolçuların yüksək-əhval ruhiyyədə olmaları diqqət çəkib. Hətta oyunçuların bir neçə dəqiqə reqbi oynamaları məşqə xüsusi rəng qatıb.