Nigeriya milli komandasına yeni baş məşqçi təyin olunub

Nigeriya Futbol Federasiyası milli komandanın yeni baş məşqçisini açıqlayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, millinin yeni çalışdırıcısı Finidi George olacaq.

Məşqçilik karyerasında ölkəsinin "Enyimba" klubu ilə çempionluq yaşayan 53 yaşlı mütəxəssis, milli komandada 2 ilə yaxın köməkçi məşqçi vəzifəsində çalışıb.

Finidi George futbolçu ikən "Ayaks", "Real Betis", "Malyorka" və "İpsviç Taun" kimi komandaların formasını geyinib.

52 dəfə Nigeriya millisinin şərəfini qoruyan George bu matçlarda 6 qol vurub.

Qeyd edək ki, Nigeria millisi Afrika Millətlər kubokunun finalında Fildişi Sahilinə məğlub olduqdan sonra baş məşqçi Jose Peseiro ilə yollarını ayırmışdı.