Nuri Şahin Türkiyə nəhəngini çalışdıra bilər

Nuri Şahin yenidən Türkiyəyə qayıda bilər.

Sportline.az xəbər verir ki, hazırda Dortmund "Borussiya"sında köməkçi məşqçi olan mütəxəssis "Beşiktaş"dan təklif alıb.

AS nəşrinin yaydığı məlumata görə, tərəflər arasında ilkin danışıqlar olub.

Onun klub prezidenti Həsən Aratla görüşdən sonra razılığa gəldiyi bildirilsə də, tam qərarını açıqlamağa tələsmir. 

Buna səbəb isə Şahinin hazırkı klubunda da baş məşqçi postuna gətirilməsi variantıdır.

"Bosrussiya"nın hazırkı baş məşqçi Edin Terzişlə müqaviləni uzatmama ehtimalı var.

Xatırladaq ki, Nuri Şahin Dortmunda gəlməmişdən əvvəl "Antalyaspor"u çalışdırıb.