“Panatinaikos” çempionluq yolunda ağır itki ilə üzləşib
Fatih Terimin rəhbərlik etdiyi “Panatinaikos” çempionluq yolunda ciddi zərbə alıb.
Sportline.az xəbər verir ki, pley-off mövsümü davam edən Yunanıstan Super Liqasının 34-cü həftəsində “Panatinaikos” doğma meydanda “Aris”lə qarşılaşıb.
Matç qonaların 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda vurulan yeganə qolun müəllifi 2-ci dəqiqədə Alvaro Zamora olub.
“Panatinaikos” bu məğlubiyyət ilə mövsümün sonuna 2 həftə qalmış lider AEK-nın 4 xal gerisinə düşüb.
34 turdan sonra Yunanıstan Liqasında vəziyyət belədir.
Oyun Xal
1.AEK 34 75
2.PAOK 33 71
3.”Panatinaikos” 34 71
4.”Olimpiakos” 33 70.