Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli olub

İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə məlumatı Premyer Liqanın rəsmi X hesabı yayıb.

Siyahıda beş mütəxəssisin adı göstərilib.

Bunlar Mikel Arteta (“Arsenal”), Unay Emeri (“Aston Villa”), Pep Qvardiola (“Mançester Siti”), Andoni İraola (“Bormunt”) və Yurgen Kloppdur (“Liverpul”).

Qeyd edək ki, qalib mayın 21-də açıqlanacaq.